Bazar, 12 May

"Ermənistan minalanmış ərazilərin xəritələrini versə..." Ərdoğandan açıqlamalar

image

Ermənistanın Azərbaycanın Qarabağ zəfərinin reallığını qəbul etməsi və bölgədə başlayan yeni dövrü düzgün oxuması lazımdır.

Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ermənistan da etimad yaradan addımlar atmağa başlamalıdır:

“Minalanmış ərazilərin xəritələrini Azərbaycana versə, bu istiqamətdə atılmış vacib addım olacaq. Müharibə dövründə etdiyimiz kimi, yenidənqurma işlərindən minalanmış ərazilərin təmizlənməsinə qədər hər addımda Azərbaycanın yanında olmağa davam edəcəyik.

Minaların təmizlənməsi ilə əlaqədar hazırda Türkiyədə yeni vasitələr istehsal edirik. Bu uzaqdan idarəetmə vasitəsidir. İndidən bunların 10-nu Azərbaycana verdik. Ancaq ilk növbədə bu rəqəmi 20-yə çatdıracağıq, bir-birinin ardınca bu işə davam edəcəyik.

Bu cihazla uzaqdan mina partladılır və yola davam edilir. Bunlardan özümüz də istifadə edirik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44